Bu ilin birinci rübündə 7,3 milyon ton xam neft hasil olunub

2024.05.08 17:57 (UTC+04:00)

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 18 min metrə yaxın qazma işləri həyata keçirilib.

SOCAR-ın yaydığı hesabata əsasən, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 12,6 milyard kubmetr təşkil edib. Ümumilikdə isə ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton xam neft hasil olunub.