Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı SOCAR-ın yaydığı hesabata istinadən xəbər verir ki, emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb.
SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb.