2018-ci ilin yanvar-noyabr ayları üzrə icmal büdcədə vergi yığımlarının həcmi 19,3 trilyon rubl (490 milyard manat) təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bildirmişdir ki, vergi daxilolmalarındakı yüksək artım tempi dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır: ilin ilk 11 ayı ərzində neftin hər barelinin qiyməti 51,2 dollardan 70,8 dollara yüksəlmişdi. Artımın ümumi məbləğinin təxminən yarısı neft və qaz gəlirlərinin hesabına olmuşdur. Beləliklə, mənfəət vergisində 25,3 faiz, ƏDV-də 16 faiz, fiziki şəxslərin gəlir vergisində 12 faiz, əmlak vergisində isə 12,1 faiz artım olmuşdur.