Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30 faizini geri al! VİDEO

2024.05.07 12:35 (UTC+04:00)

Dövlət Vergi Xidməti daşınmaz əmlakın nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin bir hissəsinin vətəndaşlara geri qaytarılması ilə bağlı daha bir sosial çarx hazırlayıb. Vətəndaşlara xərclərinin bir hissəsini geri almağa imkan verən bu layihə uğurla davam edir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı vətəndaşlar ödənilən ƏDV-nin 30%-ni geri ala bilərlər.