“Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), həmçinin Slovakiyanın "SEAK Energetics" şirkəti və "ITECH GROUP" MMC arasında əməkdaşlıq memorandumları imzalandı”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb ki, bu sənədlərin icrası tərəflər arasında biznes, rabitə və kibertəhlükəsizlik, smart texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişafını təmin edəcək.