Bakıda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir

2024.05.07 10:45 (UTC+04:00)

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilir.

Tədbirdə dövlət qurumları və özəl sektorun, beynəlxalq maliyyə institutlarının, eləcə də kommersiya banklarının, elm ictimaiyyətinin və beyin mərkəzlərinin təmsilçiləri iştirak edirlər.