Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş təsdiq edilib

2024.05.06 13:06 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərməlidir.