"BP 32 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində şirkət Azərbaycanın neft və qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb".
Bu sözləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, bu günə kimi şirkət Xəzərin Azərbaycan sektorunda 50 milyard kubmetr qaz hasil edərək dövlətə təhvil verib.
AZƏRTAC