Növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb

2024.05.01 17:57 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, hərrac rəqabətli keçib. Belə ki, ilkin qiyməti 9 min manat olan “Hyundai Equus” markalı markalı avtomobil 17,6 min manata satılıb. Start qiyməti 9,5 min manat olan “Lexus-ES-350” markalı nəqliyyat vasitəsi isə 13,1 min manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3APvdd linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 7, 14, 21 və 29 may tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətlərinin səhm paketi, avadanlıq və nəqliyyat vasitəsi çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.