Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti müzakirə edilib

2024.05.01 12:14 (UTC+04:00)

“Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrimizin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, hasilat, rəqəmsallaşma, turizm və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.