Vergilər Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

2018.12.28 09:02 (UTC+04:00)

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində IOTA, OLAF-ın iştirakı, Macarıstan Respublikasının Milli Vergi və Gömrük Administrasiyası, Macarıstan Dövlət Xidməti Universiteti və Beynəlxalq Gömrük Təşkilatının Regional Təlim Mərkəzinin təşkilatçılığı ilə "Təhlükəsizlik, xidmət və inkişaf-dövlət gəlirləri administrasiyalarının fəaliyyətində yeni istiqamətlər" mövzusunda beynəlxalq konfrans təşkil olunub. Tədbirdə Vergilər Nazirliyinin əməkdaşı Tural Babayev, nazirliyin Tədris Mərkəzinin nümayəndələri Orxan Balayev və Ziya Ağayev iştirak ediblər.