Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,75 faizə endirilib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddinin 8,5 faizdən 8,25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.
Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.