Azərbaycan İslam İnkişafı Bankı Qrupunun strukturları ilə anlaşma memorandumları imzalayıb

2024.04.29 20:21 (UTC+04:00)

"İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalandı, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirildi".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

"Bu sənədlərin icrası əməkdaşlığımızın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacaq", - nazir əlavə edib.