"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.04.29 12:27 (UTC+04:00)

- Türkiyə və Qırğızıstanla ikiqat vergitutma aradan qaldırılır. Bu ölkələrdə çalışan Azərbaycan vətəndaşları vergiləri necə ödəyəcək?

- Kiçik bir diqqətsizlik maliyyə itkisinə səbəb olur. Səhvən başqasının kartına göndərilən pulu geri qaytarmaq mümkündürmü?

- İpotekada olan evə dəymiş ziyanı kim ödəyir? İpoteka götürən şəxs hansı riskləri sığortalaya bilər?

- Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa ediləcək. Layihə çərçivəsində daha hansı yeniliklər olacaq?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 28 aprel 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Günel Bəhramqızının suallarını cavablandırır.