“BakıKART” ilə əməkdaşlıq çərçivəsində “m10” elektron pulqabı vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR kodla ödəniş xidməti istifadəyə verilib.
“PashaPay”dən verilən məlumata görə, elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq.
İstifadə qaydalarına uyğun olaraq m10-da yaradılan QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılan QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.