İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masa keçirilib

2024.04.28 20:28 (UTC+04:00)

"İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.