"Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.
"Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq", - nazir əlavə edib.