“UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri ilə görüş keçirilib

2024.04.25 14:32 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” qurumunun (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomasla görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatı, investorlar üçün yaradılan imkanlar, azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib. Azərbaycanda COP29-la bağlı həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu çərçivədə əməkdaşlığın önəmini vurğulayıb.

Emma Tomas təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycanla tərəfdaşlıqda infrastruktur, nəqliyyat, “yaşıl” enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə imkanları qeyd edib.

Tərəflər əlaqələrin mümkün istiqamətləri, o cümlədən, UKEF-in maliyyə alətlərinin Azərbaycanda istifadəsi imkanlarını, tərəfdaşlığın qurulması üçün təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.