2024-cü ilin birinci rübü ərzində vergi orqanlarına ümumilikdə 32.459 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır. Müraciətlərdən 96,3 faizi ərizə, 3,6 faizi şikayət, qalan hissəsi təklif olub. 50 müraciətin icrası nəzarətə götürülüb.
Müraciətlərin 93,8 faizinin baxılması 2024-cü ilin 1-ci rübü ərzində başa çatdırılıb, 6,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 66,8 faizi həll olunub, qalanları barədə qanunamüvafiq tədbirlər görülüb.
Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 2.588 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,2 faiz azalıb. Həll edilmiş şikayətlərin 76,3 faizi kameral vergi yoxlamaları, qalan hissəsi isə vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, operativ vergi nəzarəti, vergi mükəlləfiyyəti və digər məsələlərlə bağlı olub.
2024-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 119, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 11 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.