İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda, onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri Azərbaycan Respublikasında vergiyə cəlb olunur.