İspaniya rəqəmsal verginin tətbiqində israr edir

2018.12.28 08:48 (UTC+04:00)

İspaniya hökuməti Avropa Komissiyasının müvəqqəti rəqəmsal vergi təklifinə uyğun olaraq rəqəmsal xidmətlər üçün vergi tətbiq olunması barədə təklif üzərində işlərini davam etdirəcək. İrəli sürülən təklifə əsasən, satış dövriyyəsi dünya üzrə 750 milyon, İspaniya üzrə isə 3 milyon avrodan artıq olan şirkətlərin göstərdikləri bir sıra rəqəmsal xidmətlər üçün 3 faizlik vergi tutulmalıdır. İnternet reklamlarından, rəqəmsal vasitəçilik və broker xidmətlərindən, eləcə də şəxsi göstəricilərdən gələn gəlirlər də qanunun tətbiq sferasına aid edilir.
Bu təklif azlıqda qalan siyasi qüvvələrdən ibarət sosialist hökuməti və "Podemos" partiyası ilə imzalanmış büdcə sazişinə daxil edilmişdir. Bundan başqa, büdcədə çıxılmalardan istifadənin məhdudlaşdırılması yolu ilə şirkətlərin 15 faizdən az olmayaraq effektiv korporativ vergi ödəmələrinə yönəldilmiş təklif də daxildir. İrəli sürülən təkliflərdən biri də qadın gigiyenası ləvazimatlarına tətbiq olunan 10 faizlik əlavə dəyər vergisnin dərəcəsinin azaldılaraq 4 faizə salınmasıdır.