Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzində qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin satışından 3 milyon 56 min 254 manat gəlir əldə edilib.
QSC-dən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə satış gəlirləri 8 faiz artıb.
Səhmdar Cəmiyyət tərəfindən sözügedən dövr ərzində 713 unsiya qızıl, 8 unsiya gümüş məhsullarının pərakəndə satışı həyata keçirilib.
Qeyd edək ki, “AzerGold” ilk dəfə 2018-ci ildə yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri 2019-cu ildən pərakəndə bazarda satışa təqdim edib. Cari ilin 1 aprel tarixinədək ümumi çəkisi 9,787 unsiya olan qızıl sikkə və külçələr, ümumi çəkisi 533 unsiya olan gümüş sikkələrin pərakəndə satışından 36 milyon 286 min 200 manat vəsait əldə edilib.