Bu ilin yanvar-mart aylarında İstilik Elektrik Stansiyaları üzrə 6519,2 milyon kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 241,5 milyon kVt·st artımla 610,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə Su Elektrik Stansiyaları üzrə 439,3 milyon kVt·st, Külək Elektrik Stansiyaları üzrə 14,3 milyon kVt·st, Günəş Elektrik Stansiyaları üzrə 89,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) üzrə isə 67,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.