"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.04.22 12:26 (UTC+04:00)

- Bir işçi bir neçə yerdə işləyə bilərmi? Bu zaman əsas iş yerindən işəgötürənin ona icazə verməmək hüququ varmı?

- Gömrükdə bəyan etmədən mobil telefon gətirənləri cərimə gözləyir. Bəs bu cihazların sonradan bəyan edilməsi mümkündürmü?

- Bakı ilə yanaşı bölgələrdə də torpaq sahələri bahalaşıb. Rayonda torpaq alıb ev tikmək neçəyə başa gəlir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 21 aprel 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı İqtisadiyyat Nazirliyinin ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov Günel Bəhramqızının suallarını cavablandırır.