Qazaxıstan büdcəsinə vergi daxilolmaları 15,2 faiz artıb

2019.07.14 15:05 (UTC+04:00)

2019-cu ilin ilk beş ayının nəticələrinə əsasən, keçən ilin analoji dövrü ilə müqayisədə Qazaxıstanın dövlət büdcəsinə vergi daxilolmalarında orta hesabla 15,2 faiz artım baş verib: respublika büdcəsinə daxilolmalardakı artım 19,5 faiz, yerli büdcələrə daxilolmalardakı artım isə cəmi 6,9 faiz olub. Respublika büdcəsinə əlavə dəyər vergisi üzrə daxilolmalar 27,6 faiz artıb. Milli fondun beş aylıq daxilolmalarındakı artım isə 13,4 faiz olub.