Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verilib.
Nazirliyin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.
Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 faizini CT-1 formalı mənşə sertifikatı, 45,2 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.