Azərbaycan şirkətləri Tacikistanda layihələrə investisiya yatırmağa dəvət olunur

2024.04.18 13:30 (UTC+04:00)

Tacikistan Respublikasının kənd təsərrüfatı, yüngül və ağır sənaye, bərpa olunan enerji, logistika, tikinti-infrastruktur, o cümlədən səhiyyə və turizm layihələrində investor, podratçı və operator kimi iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri layihələrə qoşulmağa dəvət olunur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, layihələrlə bu link (https://u.to/at_eIA) vasitəsilə tanış olmaq mümkündür.

Layihələrdə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: emin.guliyev@azpromo.gov.az

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3649)

Əlaqələndirici şəxs: Emin Quliyev