Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri müzakirə edilib

2024.04.17 14:16 (UTC+04:00)

“Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycan-Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə etdik:

– Sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi;

– Sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi;

– Ticarət əlaqələrinin gücləndirilməsi”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.