Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb

2024.04.17 15:02 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.222 ədəd olub. Yanvar – mart ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon manat və ya 3,3 dəfə çoxdur.

Bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.