2024-cü ilin yanvar - mart aylarında Naxçıvan Muxtar Respublikasında 1.559 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 1.467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 faiz artıb.
Cari ilin birinci rübündə kommersiya qurumlarının 60 faizi elektron qaydada, 40 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.