Yanvar-mart aylarında qeyri-neft-qaz sənayesində məhsul istehsalı 4,4 milyard manata çatıb

2024.04.16 13:12 (UTC+04:00)

2024-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sənayesində məhsul istehsalı 2023-cü ilin eyni dövrünə nisbətən 7,8% artaraq 4,4 milyard manata çatıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.