İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların və sahibkarlıq subyektlərinin istehlakçı hüquqları ilə bağlı məlumatlılığının artırılması istiqamətində aparılan maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verir.
Belə ki, bu ilin yanvar-fevral aylarında bağlanılan müqavilələrin ləğv edilməsi, lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması və digər hallarla bağlı təmin olunan müraciətlər üzrə sahibkarlar tərəfindən 149.650 manat vəsait istehlakçılara qaytarılıb.
Dövlət Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5 dəfəyədək artıb.