Cari ilin ilk rübündə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb

2024.04.16 10:14 (UTC+04:00)

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Cari ilin ilk rübündə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 29,1 milyard manat, qeyri-neft-qaz sektorunda isə 6,7% artaraq 18,7 milyard manat təşkil edib", - nazir əlavə edib.