Bu ilin yanvar-mart aylarında ölkədə 8 385,7 min dekalitr (dkl) alkoqolsuz içki istehsal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal 11,5 faiz və ya 862,4 min dkl artıb.
Fevral ayı ilə müqayisədə isə martda artım 33,4 faiz və ya 838,2 min dkl təşkil edib. Cari ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı isə 457,5 min dkl olub.