"Slovakiyaya səfərimiz zamanı bu ölkənin Baş naziri cənab Robert Fitsonun qəbulunda olduq. Azərbaycan – Slovakiya iqtisadi münasibətlərinin gücləndirilməsinin, enerji, ticarət, investisiya sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulandı və birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirildi".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdə paylaşım edib.