ABŞ-ın Nümayəndələr Palatası IRS islahatı ilə bağlı qanun layihəsini müzakirə edib

2019.07.12 18:51 (UTC+04:00)

Parlamentin Nümayəndələr Palatası ABŞ-ın Daxili Gəlirlər Xidmətinin (IRS) fəliayyətini tənzimləyən qanun layihəsini qəbul edib. Konqresin Büdcə idarəsinin qanun layihəsinin qısa icmalına uyğun olaraq, vergi ödəyiciləri haqqında qanun vergi ödəyicilərinə göstərilən xidmətləri təkmilləşdirəcək və apelyasiya prosesində vergi ödəyicilərinə yardım proseslərinə müsbət təsir göstərəcək. Qanun layihəsi şəxsi məlumatların oğurlanması və fırıldaqçılıqla bağlı problemlərin həllinə kömək edəcək.

Bundan əlavə, yeni qaydalar IRS-nin bəzi hüquq-mühafizə fəaliyyətini məhdudlaşdıracaq, qurumun təşkilati strukturunu və ABŞ Vergi Məhkəməsinin əməliyyatlarını dəyişəcək. Qanun layihəsi səlahiyyətli istifadəçilər üçün vergi ödəyicilərinə aid məlumatların yoxlanılması məqsədilə avtomatlaşdırılmış sistemin yaradılmasını, İRS-də istifadə edilən informasiya texnologiyaları sistemlərinin modernləşdirilməsini, eləcə də elektron informasiya sistemlərindən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Qarşıdakı mərhələdə qanun layihəsi Senat tərəfindən qəbul edilməlidir.