“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən xarici ticarət iştirakçıları arasında sorğu keçirilir.
Agentliyin məlumatına görə, sorğunun məqsədi idxal və ixrac əməliyyatları zamanı mövcud çətinliklərin və ehtiyacların müəyyən olunması, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsidir. Sorğu elektron formada keçirilir və 13 qiymətləndirmə sualından ibarətdir.
Xarici ticarət iştirakçıları https://forms.gle/18LiqXbep9NdKk3W6 linkinə keçid etməklə sorğuda iştirak edə bilərlər.