"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.04.08 14:55 (UTC+04:00)

- Qarabağ və Şərqi Zəngəzur yaylaqlarına köçlə bağlı qeydiyyat başlayıb. Kimlər öz təsərrüfatını işğaldan azad olunmuş ərazilərə apara bilər?

- Etibardan sui-istifadə edərək başqasının adına şirkət yaratmaq, VÖEN açmaq mümkün olmayacaq. Qeydiyyatla bağlı hansı yenilik tətbiq olunur?

- İşçi ilə işəgötürən arasında yaranan mübahisələri məhkəməyə getmədən necə həll etmək olar?

- Yeni yaradılan keyfiyyət portalı sahibkarlar və vətəndaşlar üçün hansı imkanı yaradır? Dövlət Xidməti suallara aydınlıq gətirəcək.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 7 aprel 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elməddin Quliyev Günel Bəhramqızının suallarını cavablandırır.