Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləri artırır

2024.04.08 13:09 (UTC+04:00)

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləri artırır”.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı ciddi öhdəliklər var: “Bu il iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Biz COP29 tədbiri çərçivəsində Azərbaycana dəstək verməyə hazırıq. BMT-nin Çərçivə Konvensiyasına uyğun olaraq, bu konfransın uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş aparılır. UNFCCC (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası – red.) bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün COP29 çərçivəsində Bakını dəstəkləyir. Biz bu istiqamətdə əməkdaşlıq çərçivəsini də qiymətləndirməyə başlamışıq”, - o əlavə edib.

V.Andreyevanın sözlərinə görə, 2024-cü ildə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə xərclər 37 milyon dollara yüksələcək.