Prezident İlham Əliyev “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.
Qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılıb.
Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib.
Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib.