Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 3 dəfə və ya 55,28 milyon ABŞ dolları artaraq 83,1 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Polşaya 59,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 18,6 dəfə və ya 56,4 milyon dollar çoxdur.
Polşadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,5 faiz və ya 1,1 milyon dollar azalaraq 23,5 milyon dollar təşkil edib.
Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Polşa ilə ticarətin payı 1,15 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,77 faiz bəndi üstələyir.