2024-cü ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 9,1 milyon manat çoxdur.
Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra edilib.