Tikinti şüşəsinin istehsalı 30 faizdən çox artıb

2024.04.06 11:04 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında ölkədə 1760,4 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 30,3 faiz və ya 409,8 min kvadratmetr artıb.

Cari ilin yanvar ayı ilə müqayisədə isə fevralda istehsal həcmində 12,4 faiz və ya 103 min kvadratmetr artım qeydə alınıb. Fevral ayında ölkədə 931,7 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Mart ayının 1-nə hazır məhsul ehtiyatı 1827,4 min kvadratmetr təşkil edib.