1065 layihəyə 43,1 milyon manat güzəştli kredit verilib

2024.04.05 17:54 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib.

Fonddan verilən məlumata görə, güzəştli kreditlərin hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulub.