Bu ilin yanvar-fevral aylarında ölkədən 20,9 milyon ABŞ dolları dəyərində 116 min tondan çox azot gübrəsi ixrac olunub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,2 faiz, həcm baxımından isə 94,6 faiz çoxdur.
Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,44 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 4,6 faizə bərabər olub.