Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 9,4 faiz və ya 84,2 milyon ABŞ dolları artaraq 979,6 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə 634,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 14,5 faiz və ya 80,5 milyon dollar çoxdur.
Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 1,1 faiz və ya 3,6 milyon dollar artaraq 345,2 milyon dollar təşkil edib.
Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 13,56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 1,07 faiz bəndi üstələyir.