Elektron satınalmaların ümumi satınalmalarda payı əhəmiyyətli dərəcədə artıb

2024.04.04 17:47 (UTC+04:00)

2024-cü ilin yanvar-fevral ayları ərzində elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə 294,2 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, bu göstərici üzrə 2023-cü ilin müvafiq dövrünə nəzərən 97,3 faiz artım qeydə alınıb.

“Elektron satınalmaların həcminin artması müvafiq sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsinə, rəqabətqabiliyyətli sahibkarlığın inkişafına zəmin yaradır”, - məlumatda qeyd edilir.