Bu ilin yanvar-fevral aylarında ölkədə 4934,2 ton kolbasa məmulatları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə fevral ayında 2639 ton kolbasa məmulatları istehsal olunub ki, bu da yanvar ayının müvafiq göstəricisini 15 faiz üstələyir.
Mart ayının 1-nə hazır məhsul ehtiyatı 53,1 ton təşkil edib.