Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə iş adamlarının azərbaycanlı həmkarları ilə biznes görüşləri keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə Türkiyə İxracatçılar Məclisinin vitse-prezidenti Ahmet Fikret Kileci, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qarşılıqlı iqtisadi əlaqələr, işgüzar dairələr arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.
Hər iki ölkədən xidmət, qida, avtomobil sənayesi, İKT, kimya, qara və əlvan metallurgiya və s. sektorlarda fəaliyyət göstərən 200-ə yaxın iş adamının iştirak etdiyi görüşdə investisiya qoyuluşu imkanları, KOB-lar arasında sıx əlaqələrin qurulması və digər maraq doğuran məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində, həmçinin, ölkəmizdə mövcud əlverişli investisiya mühiti, sərmayə qoyuluşu və ixrac potensialı barədə məlumat verilib, iş adamları arasında B2B və sahəvi görüşlər keçirilib.