“Yaponiyanın Azərbaycandakı səfiri cənab Katsuya Vatanabe ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının prioritet istiqamətləri, ticarət, investisiya, vergitutma və informasiya texnologiyaları sahəsində əlaqələrin təşviqi barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.